12.06.2021
Musayev Namiq Zəlimxan oğlu 1 avqust 1990-cı ildə Gürcütanın Bolnisi rayonu Kəpənəkçi kəndində anadan olub.
1991-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. 1997-ci ildə Bakı şəhərində 244 saylı orta məktəbin 1-c sinfinə gedib. 2008-ci ildə həmin məktəbi bitirib.
2002-2008-ci illərdə futbolla məşğul olub, müxtəlif Futbol komandalarının üzvü olub, peşəkar futbolla məşğul olmağı qarşısına məqsəd qoyub. Ancaq oyunların birində aldığı zədə səbəbindən 2008-ci ildən futbol oynamağı dayandırmalı olub.
Elə həmin ildən əmək fəaliyyətinə başlayıb. Əsasən restoran sektoru olmaqla müxtəlif sahələrdə çalışıb.
Hazırda İsmayıllı rayonunda yaşayır və orada şirkətlərin birində sürücü-təchizatçı işləyir.
Ailəlidir, 1 oğul və 2 qız övladı var.